Almaniyalı mütəxəssis 2027-ci ilə qədər "Monako"da
"Monako" baş məşqçisi Adi Hütterin müqaviləsini uzadıb.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, Fransa klubu almaniyalı mütəxəssislə 2027-ci ilin yayına qədər davam edəcək yeni sözləşmə imzalayıb.
Hütter 2023-cü ilin yayından "Monako"ya başçılıq edir. Onun komandası hazırda Fransa çempionatında 30 xalla 3-cü yerdədir.