"Şamaxı" heyətini gücləndirməyə davam edir
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Bölgə klubu yarımmüdafiəçi mövqeyində oynayan Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.