"Beşiktaş"ın müdafiəçisi zədələndi
"Beşiktaş" Türkiyə Süper Liqasının XVIII turunda səfərdə "Rizespor"la 1:1 hesablı heç-heçə edib.
Sportlife.az xəbər verir ki, "qara-qartal" bu görüşdə müdafiəçisi Tayyip Talha Sanuçu da itirib. Matçın 41-ci dəqiqəsində zədələnərək əvəzlənən 25 yaşlı futbolçunun bir ay meydanlardan uzaq qalacağı gözlənirlir.
Tayyip 2023-cü ilin fevralında "Beşiktaş"a transfer olub. O, cari mövsümdə 9 oyunda meydanda olub.