"Fənərbağça"nın futbolçusu sıradan çıxdı
"Fənərbağça"nın futbolçusu İsmail Yüksek sıradan çıxıb.
Sportlife.az insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi zədəsinə görə 2-3 həftə meydanlardan uzaq qalacaq. O, bu həftəsonu oynanılacaq "Hatayspor"la görüşdə komandasına kömək edə bilməyəcək.
İsmail cari mövsümdə 20 oyunda meydanda olub. O, bu oyunlarda fərqlənə bilməyib.