"Barselona"nın hədəfində qanalı futbolçu var

  • 30 Dekabr 2024, 15:29

"Barselona" klubu "Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti ilə maraqlanır.

Sportlife.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalon klubu yayda London klubuyla müqaviləsi bitəcək olan qanalı futbolçunu azad agent kimi heyətinə qatmağı düşünür.

Parti 2020-ci ildən "Arsenal"da çıxış edir. O, cari mövsümdə 25 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


Paylaş: