Yaponiyalı Premyer Liqada klubunu dəyişəcək
"Liverpul"un futbolçusu Vataru Endo yanvarda komandadan ayrıla bilər.
Sportlife.az "Mail Sport"a istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi ilə "Fulhem" yaxından maraqlanır. London klubu onu gələn ay heyətinə qatmağa çalışacaq.
Endo 2023-cü ilin yayından "Liverpul"da çıxış edir. O, cari mövsümdə 13 oyunda meydanda olub.