Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

  • 2 Yanvar 2025, 15:58

Formula 1-də 2025-ci il təqvimi açıqlanıb.

Sportlife.az saytının formula1.com-a istinadən xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı məlum olub.

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi yarış 19-21 sentyabr tarixlərində baş tutacaq. Bu, mövsümün sayca 17-ci Qran-prisi olacaq.

Formula 1 üzrə 2025-ci il dünya çempionatı martin 14-də Avstraliyanın Melburn şəhərində start götürəcək. 1 həftə sonra Şanxay Qran-prisi baş tutacaq. Daha sonra ardıcıllıqla Yaponiya, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ (Mayami), İtaliya (İmola), Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Belçika, Macarıstan, Niderland, İtaliya (Monza), Azərbaycan, Sinqapur, ABŞ (Austin), Meksika, Braziliya, ABŞ (Las-Veqas), Qətər Qran-priləri təşkil ediləcək. Mövsümə isə Abu-Dabidə (5-7 dekabr) yekun vurulacaq.

 


Paylaş: