“MY tarixinin ən pis anlarından biridir”
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XIX turunda evində "Nyukasl"a 0:2 hesabıyla məğlub olub.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" ardıcıl 4-cü oyunda məğlubiyyətlə üzləşib. Matçdan sonra komandanın baş məşqçisi Ruben Amorim bunları deyib:
“Bu, həqiqətən aydındır və biz mübarizə aparmalıyıq. Bu, həqiqətən də çətin andır, “Mançester Yunayted” tarixinin ən pis anlarından biridir”.
“Biz bunu dürüstlüklə həll etməliyik və bununla növbəti oyunlarda mübarizə aparmalıyıq”.