Azərbaycan millisinin sabiq üzvündə dopinq aşkarlandı

  • 18 Dekabr 2024, 21:31

"Beşiktaş"ın sabiq futbolçuları Berkay Vardar ve Emirhan Delibaşda dopinq aşkarlanıb.

Sportlife.az insayder Yağız Sabuncuğluna istinadən xəbər verir ki, hər iki oyunçunun rutin yoxlanışında qanında dopinqə rast gəlinib. Onların 4 il futboldan uzaqlaşdırılacağı gözlənilir.

Xatırladaq ki, 21 yaşlı B. Vardar Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib. O, hər iki millidə 1 qol vurmağı da bacarıb. Berkay daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.


Paylaş: