Amorim "Qalatasaray"ın forvardını istəyir

  • Bu gün, 15:42

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimheni komandasında görmək istəyir.

Sportlife.az "El Nacional" portalına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"ın hazırki forvard rotasiyasından məmnun deyil. Ona görə də komandaya yeni hücumçu cəlb etmək istəyir.

Əsas namizədlərdən biri də Osimhendir. Nigeriyalı müqavilə ilə "Napoli"yə məxsusdur.

O, cari mövsüm "Qalatasaray"ın heyətində 14 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: