AFFA-nın yeni strategiyası təhlükədə: Belçika şirkəti imtinaya hazırlaşır

  • 18 Dekabr 2024, 20:50

Dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın inkişaf strategiyasının cari vəziyyəti və gələcək planlar barədə məlumat verilib. Rəsmi açıqlamaya görə, strategiyanın 2025-ci ilin yanvar ayında ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

Lakin Sportlife.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, strategiya əslində bu iclasda açıqlanmalı idi. Ancaq Belçika şirkətləri AFFA üçün hazırladığı strategiyanı təqdim etməkdən imtina etməyi düşünür. Bu qərar AFFA rəhbərliyini çətin vəziyyətə salıb və hazırda tərəflər arasında danışıqlar davam edir.

Mənbənin iddiasına görə, Belçika şirkətlərinin bu qərara gəlmələrinin əsas səbəbi Azərbaycanda futbol infrastrukturunun kifayət qədər inkişaf etməməsidir. Şirkət bu səbəbdən strategiyanın icrasında uğursuzluq riskinin böyük olduğunu düşünərək məsuliyyəti öz üzərinə götürməkdən çəkinir.

Bu məsələ AFFA üçün ciddi problem yaradır və strategiyanın yanvar ayında açıqlanması planını təhlükə altına alır. Hazırda problemin həlli üçün intensiv müzakirələr aparıldığı bildirilib.


Paylaş: