Renatın komandası təcrübəli mütəxəssisə tapşırılacaq
Türkiyə I Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, "Ankaragücü" Kənan Koçakla yollarını ayırıb.
43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onu Kemal Özdeşin əvəzedəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin forvardı Renat Dadaşov da "Ankaragücü"də çıxış edir.