"Fulhem" braziliyalı futbolçusunun dəyərini bəlirləyib
"Fulhem" futbolçusu Andreas Pereyranın dəyərini bəlirləyib.
Sportlife.az "GOAL" portalına istinadən xəbər verir ki, London klubu braziliyalı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir. Onunla "Palmeyras" yaxından maraqlanır.
Pereyranın "Fulhem"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, cari mövsümdə Premyer Liqada 15 oyuna çıxıb və 2 qol vurub.