Ayxan Abbasov: "Həmin matçlarda gənclər təcrübə qazandı"

  • Dünən, 17:25

"Şamaxı" Misli Premyer Liqasının XVIII turunda evində qəbul etdiyi "Sabah"ı 3:1 hesabıyla məğlub edib.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

- Önəmli qələbə idi. Çoxdandı bunu istəyirdik. Son 4 matçda komandadan oyun baxımından çox razı qalmışdım. Bu gün də qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. İkinci hissədə daha diqqətli olduq. Çox sevinirəmki, gənc futbolçular inkişaf edir. Onları Azərbaycan futboluna qazandıqmaq istəyirik. Qışdan sonra çox çətin olacaq. Hər kəs güclənir. Biz də çalışacağıq ki, fasilədə güclənək. Yaxşı təlim-məşq toplanışı keçib qışdan sonrakı oyunlara hazırlaşacağıq.

O, Giorgi Kantariya ilə Adil Nağıyevin ayrılığından sonra komandanın oyununa təsiri barədə də danışıb:

"Gənclərə şans verdik. Onlar 4 oyunun hamısını yaxşı keçirdilər. "Səbail"ə məğlubiyyətdən sonra komandada eniş oldu. Bunun səbəblərindən biri o idi ki, cəzalı və zədəli oyunçularımız çox idi. Həmin matçlarda gənclər təcrübə qazandı. Məni sevindirən odur ki, komanda sona qədər vuruşur. Onların yerində oynayan futbolçular özlərini yaxşı göstərdilər".


Paylaş: