“Bavariya keçən yay məni istədi"
“Bavariya keçən yay məni istədi... Mən agentimlə danışdım və dedim: “İnter”lə danış, çünki qərar yalnız onlarındır. Mən bu klubu sevirəm”.
Sportlife.az xəbər verir ki, bu sözləri "CorSport"a danışan Hakan Çalhanoğlu deyib. O, karyerasını da Milan klubunda bitirmək istədiyini əlavə edib:
“Burada təqaüdə çıxmaq, karyeramı “İnter”in forması ilə tamamlamaq istərdim”.
Xatırladaq ki, Hakan 2021-ci ilin yayından "neradzuri"də çıxış edir. Onun klubla 2028-ci ilə qədər müqaviləsi var.