Arteta Sakanın zədəsindən danışıb
"Bu zədədir və o, yaxşı olacaq".
Sportlife.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta zədəli oyunçusu Bukayo Saka barədə deyib. O, sözlərinə belə davam edib:
“Onun altı illik karyerasına nəzər saldıqda inanılmazdır. Liqada daha güclü oyunçu tapmaq çox çətindir, xüsusən də onun yaşında”.
Xatırladaq ki, Saka "Kristal Pelas"la görüşdə sıradan çıxıb. O, bir neçə həftə hətta daha uzun müddət meydanlardan uzaq qala bilər