"Torino" onu razı sala bilməyib
Samuele Riççi “Torino” ilə yeni müqavilə bağlamaqdan imtina edib.
Sportlife.az xəbər verir ki, 23 yaşlı yarımmüdafəçi 2026-cı ilin yayında başa çatacaq sözləşməni yeniləmək istəmir.
“Milan”, “İnter” və daha iki İngiltərə klubu onu transfer etməyə çalışır.
“Torino” yanvarda futbolçu üçün gələcək təklifləri rədd edəcək. Amma yayda Riççinin klubdan ayrılacağı gözlənilir.