"Yuventus" Danilonu verib, Tomorini almaq istəyir
"Yuventus" klubu "Milan"ın futbolçusu Fikayo Tomori ilə maraqlanır.
Sportlife.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "qoca sinyora" 27 yaşlı müdafiəçi üçün "qırmızı-qaralar"a 25 milyon avro və əlavə olaraq Danilonu önərib.
Tomori bu mövsüm "Milan"da əsas heyətdəki yerini itirib. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.