"Beşiktaş"dan 2.16-lıq transfer
"Beşiktaş" basketbol komandasının heyətini gücləndirib.
Sportlife.az "Telegraf"a istinadən xəbər verir ki, "qara-qartal" 2.16 boyundakı Uroş Plavşiçi transfer edib.
Serbiyalı basketbolçu "Srvena Zvezda"dan mövsümün sonuna qədər icarəyə götürülüb.
Plavşiç bu yay Olimpiadada bürünc medal qazanan Serbiya millisinin heyətində də yer alıb.