"İnter" Hakanı satıb, onu alacaq
"İnter" gələn yay Hakan Çalhanoğlunu sata bilər.
Sportlife.az "FcInterNewsit" portalına istinadən xəbər verir ki, "neradzuri" 40 milyon avroluq təklif gəlsə, türkiyəli yarımmüdafiəçiylə vidalaşacaq.
Milan klubu onun yerinə Samuele Riççini almağı planlaşdırır.
Hakan 2021-ci ildən "İnter"də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 18 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.