“Mən bu klubu sevirəm"
“Mən bu klubu sevirəm, klub da məni sevir. Mən azarkeşləri sevirəm, azarkeşlər də məni sevir”.
Sportlife.az xəbər verir ki, bu sözləri "Liverpul"un kapitanı Vircil van Deyk deyib. O, hələ 3-4 il yüksək səviyyədə oynaya biləcəyini düşünür:
“Məncə, mən daha üç-dörd il ən azı ən yüksək səviyyədə oynaya bilərəm. Gələcəyin nə gətirəcəyini görəcəyik”.
Xatırladaq ki, Van Deyk Mersisayd klubuyla müqaviləsi gələn ilin yayında başa çatır. Tərəflər hələlik sözləşməni uzatmaq barədə razılığa gələ bilməyib.