Batler treydini istədi
Cimmi Butler "Mayami Hit"dən ayrılmağı düşünür.
Sportlife.az "ESPN" portalına istinadən xəbər verir ki, amerikalı basketbolçu komandadan treydini istəyib.
NBA-də treyd üçün son tarix fevralın altısıdır.
Batler 2019-cu ildən Florida təmsilçisində çıxış edir. O, "Mayami Hit"lə birlikdə iki dəfə NBA finalı oynayıb.