
Ançelotti fikrini dəyişdi
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti karyerasını Madrid klubunda davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis klubdan ayrılacağı ilə bağlı söz-söhbətlərə baxmayaraq, vəzifəsində qalmaq arzusunda olduğunu bildirib.
Ançelottinin xidmətində Braziliya millisi və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu maraqlıdır.