17 yaşında 100-cü oyun

  • Bu gün, 12:36

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal Kataloniya klubunda 100-cü matçına çıxıb.

 Sportlife.az xəbər verir ki, 17 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinalında “İnter”lə (3:3) oyunda buna nail olub.

 Yamal meydana start heyətində daxil olub və sonadək oynayıb. Matçın 24-cü dəqiqəsində isə ispaniyalı qol vurmağı bacarıb.

 100 matçda Lamin Yamal 22 qol vurub və 33 məhsuldar ötürmə edib.


Paylaş: