
Rusiyalı məşqçidən maraqlı üsul
"Şanxay Şenxua"nın baş məşqçisi Leonid Slutski komandasına oyunçu tapmaqla bağlı qeyri-adi üsula əl atıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis tez-tez sosial şəbəkələrdə reklam yerləşdirdiyini və futbolçuların ona yazdığını söyləyib.
Rusiyalı çalışdırıcı bu faktı təəccüblü adlandırsa da, müasir dünyada bu cür ünsiyyətin kifayət qədər populyar olduğunu etiraf edib.