
"Bayer" İbrahimin keçidini həll etdi
"Bayer" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqanın son çempionu "Herta"dan İbrahim Mazanın keçidini həll edib.
Əlcəzairli oyunçu ilə 2030-cu ilədək müqavilə imzalanıb. Maza yeni komandasına yayda qoşulacaq.