
"Təşkilatçılığı çox bəyəndim"
"Təşkilatçılığı çox bəyəndim, hər şey yaxşı düşünülüb".
Sportlife.az xəbər verir ki, bunu "Prezident Kuboku-2025" beynəlxalq reqatasına qatılan Litva komandasının baş məşqçisi Rimas Sukatskas jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis ilk dəfə Azərbaycana gəldiyini bildirib:
“Ölkənizdə yarışın hansı səviyyədə təşkil olunduğuna baxmaq istəyirdim. Təşkilatçılığı çox bəyəndim, hər şey yaxşı düşünülüb. Bu qədər ölkənin iştirak etməsi yarışı daha maraqlı edir. İnanıram ki, güclü olanlar sonda qalib gələcək. Biz yarışa ikinci komandamızla qatılmışıq. Gələcəkdə əsas heyət üzvləri ilə mübarizə aparacağıq. Azərbaycanda avarçəkməyə maraq yüksək səviyyədədir. Ümid edirəm ki, ildən-ilə daha da inkişaf edəcək".
Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.