"Monako"da ciddi itki

  • Bu gün, 12:11

"Monako"nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovinin zədəsinin əvvəllər düşünüldüyündən daha ciddi olduğu təsdiqlənib.

Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçunun sağ budunda əzələ yırtığı var.

Bu həftə aparılan əlavə testlər onun sağ budunun əzələsində daha ciddi problem olduğunu üzə çıxarıb. Zədə səbəbindən Qolovin komandanın Çempionlar Liqasında "Brügge" və “Mançester Siti” ilə matçlarda dəqiq iştirak etməyəcək. Daha əvvəl baş məşqçi Adi Hütter futbolçunun Liqa 1-də "Oser"lə oyunda meydana çıxmamasını ehtiyat tədbirləri ilə əlaqələndirmişdi.


Paylaş: