"Atletiko" yeni müqaviləyə hazırlaşır

  • Bu gün, 18:09

"Atletiko" yarımmüdafiəçisi Markos Lyorente ilə müqaviləni uzatmağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə yenilənmiş müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulur.

Yay transfer pəncərəsi zamanı Lyorente Səudiyyə Ərəbistanı klublarından birinə keçməkdən imtina edib.

O, ötən mövsüm 49 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: