
Bundesliqada ilk istefa
İsveçrəli mütəxəssis Xerardo Seoane Mönhenqladbax "Borussiya"sının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Sportlife.az xəbər verir ki, buna qeydə alınan uğursuz nəticələr səbəb olub. "Borussiya" Bundesliqanın üçüncü turundan sonra cəmi bir xal qazanıb və bir qol belə vura bilməyib.
Klubun idman direktoru Roland Virkus mövsümün başlanğıcını hərtərəfli təhlil etdikdən sonra baş məşqçi dəyişikliyi etməyi qərara aldıqlarını bildirib.