Müller ad günündə het-trik etdi

  • Bu gün, 11:53

Almaniya millisi ilə dünya çempionu olmuş Tomas Müller MLS-də matçın ən yaxşı oyunçusu seçilib.

Sportlife.az xəbər verir ki, "Vankuver"in 36 yaşlı hücumameyilli yarımmüdafiəçisi ad günündə “Filadelfiya” ilə qarşılaşmada (7:0) het-trik və məhsuldar ötürmə edib.

Müller 30 və 45-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib, 88-ci dəqiqədə isə baş zərbəsi ilə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Müller avqustun əvvəlində  MLS-in yolunu tutub.


Paylaş: