"Qarabağ"la matçda 3 xalı hədəfləyirik"

  • Bu gün, 17:07

"Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik". 

Sportlife.az xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turununun oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb: "Hücumda çox yaxşıyıq. Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışlarımızı təkrarlamağı planlaşdırırıq. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Yaxşı oynamalıyıq, Avropada uğurlu nəticələrə ümid edirik. Qarşıda çox matç var. Müdafiədən oyun qurmağa üstünlük verəcəyik".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 


Paylaş: