"Milan"da ciddi itki

  • Bu gün, 17:28

"Milan"ın qapıçısı Mayk Menyan A Seriyasının 3-cü turunun "Bolonya" ilə matçında (1:0) zədələnib.

Sportlife.az xəbər verir ki, 2-ci hissənin əvvəlində qapıçının sağ ayağının baldır əzələsində problem yaranıb. Onu Pietro Terracciano əvəzləyib.

Onun növbəti turda "Udineze"yə qarşı oynamayacağı gözlənilir.

"Udineze" - "Milan" matçı sentyabrın 20-də keçiriləcək.


Paylaş: