
Modriç A Seriyasının ən yaşlı qolçusu oldu
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasının 3-cü turunda "Bolonya" ilə matçda (1:0) qol vurub.
Sportlife.az xəbər verir ki, 40 yaşlı xorvatiyalı İtaliya çempionatının bir oyununda qol vuran ən yaşlı yarımmüdafiəçi olub. Əvvəlki rekord 64 il davam edib. Həmin göstəricinin müəllifi isə 1961-ci ilin martında "Milan"ın keçmiş yarımmüdafiəçisi Nils Lindolm olub.
Modriç bu yay "Milan"la 1 illik müqavilə imzalayıb.