
Rafinya və Levandovski La Liqanın tarixinə düşdü
"Barselona" La Liqanın IV turunda evdə "Valensiya"nı 6:0 hesabı ilə darmadağın edib.
Sportlife.az xəbər verir ki, kataloniyalıların qollarını Fermin Lopes, Rafinya (2) və Robert Levandovski (2) vurublar.
Əvəzetmədən meydana daxil olan braziliyalı və polşalı oyunçular dubl ediblər. Bu isə La Liqa tarixində ilk belə hadisə olub.