Azərbaycan millisi Avropa üçüncüsü oldu

  • Dünən, 14:54

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının bürünc medalını qazanıb.

Sportlife.az xəbər verir ki, B Liqasında yer alan millimiz 3-cü yer uğrunda görüşdə Qazaxıstan yığmasına 7:1 hesabı ilə qalib gəlib.

Komandamızın qollarını Elçin Qasımov, Kamran Qürbətov, Bayram Bayramlı, Sahib Məmmədov, Orxan Məmmədov, Ramil Əliyev və Comərd Baxşəliyev vurublar.


Paylaş: