"Sumqayıt" ABŞ-dən olan basketbolçu Tayris Devisi heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, 27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Tayris Devis ötən il Avstraliyada "Willeton Tigers" komandasının formasını geyinib.