Millinin keçmiş futbolçusu "Verona"da

  • Dünən, 14:09

İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Roberto Qalyardini A Seriyasında çıxış edən "Verona"ya keçib.

Sportlife.az xəbər verir ki, "Montsa"dan ayrıldıqdan sonra azad agent olan futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qalyardini səhhətindəki problemlərə görə ötən mövsümün böyük hissəsini buraxıb, A Seriyasında meydana çıxdığı 8 matçda qol vura bilməyib.


Paylaş: