
Oçoanın yeni klubu bəlli oldu
Meksika millisinin qapıçısı Gilyermo Oçoa karyerasını Kipr AEL-ində davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 40 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Oçoanın son klubu Portuqaliyanın ABC SAD olub.
O, kariyerası ərzində "Amerika", "Ayakkio", "Salernitana", "Standard", "Malaqa" və "Qranada" klublarında da forma geyinib.