Premyer Liqa klubu yeni məşqçi axtarır

  • Dünən, 12:04

"Lids" yeni baş məşqçi axtarışındadır.

Sportlife.az xəbər verir ki, klub rəhbərliyi Daniel Farkenin potensial əvəzediciləri kimi Joze Mourinyo və Nunu Eşpiritu Santunun namizədliyini nəzərdən keçirir.

Sentyabrın əvvəlində Mourinyo “Fənərbağça”dan, Nunu isə “Nottingem”dən qovulub.

Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan "Lids" turnir cədvəlində 12-ci yerdədir.


Paylaş: