Millimizin futbolçusu Superliqada

  • Dünən, 12:30

U-21 millimizin sabiq üzvü Samet Karakoç komandasını dəyişib.

Sportlife.az xəbər verir ki, müdafiəçi "Antalyaspor"a keçib. O, Superliqa təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb.

Qeyd edək ki, buna qədər "Batman Petrolspor"un formasını geyinən 22 yaşlı futbolçu "Bayrampaşaspor", "Qəbələ" və "Isparta 32" klublarında da oynayıb.


Paylaş: