
Bellinqem meydana qayıtmağa tələsir
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem sentyabrda meydançaya qayıdacağına ümid edir.
Sportlife.az xəbər verir ki, iyul ayında futbolçu çiynindən əməliyyat olunub. Daha əvvəl həkimlər 10-12 iki həftəlik bir bərpa müddəti proqnozlaşdırmışdılar.
Bu həftə o, komanda yoldaşları ilə bir qədər məşq edib və ümid edir ki, yaxın gələcəkdə meydançaya qayıdacaq.
Klub rəhbərliyi isə onun tam sağalmasını gözləməyi və oktyabr ayına qədər tələsməməyi məsləhət görüb.