Cek Qriliş hamını qabaqladı

  • Dünən, 15:07

"Everton"un yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu mükafatını qazanıb.

Sportlife.az xəbər verir ki, "Mançester Siti"dən icarəyə götürülən futbolçu 3 Premyer Liqa oyununda 4 məhsuldar ötürmə edib.

Mükafata Rikkardo Kalafiori ("Arsenal"), Uqo Ekitiike, Dominik Soboszlay (hər ikisi "Liverpul"), Mark Qehi ("Kristal Pelas"), Erlinq Holann ("Mançester Siti"), Joau Pedru ("Çelsi") və Antuan Semenyu ("Bornmut") da iddia edirdi.


Paylaş: