
Alonso Mbappenin oyununu dəyərləndirdi
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappe barədə fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis fransalı forvardın hazırkı vəziyyətindən razı olduğunu bildirib:
“Mbappe indi çox yaxşı formadadır. O, yalnız oyun keyfiyyətləri ilə yox, həm də zəhmətkeşliyi və peşəkar münasibəti ilə seçilir”.
Mbappe La Liqanın cari mövsümündə 3 oyuna 3 qol vurub.