“Real” Rüdigerlə bağlı açıqlama yaydı

  • Dünən, 21:22

“Real”ın müdafiəçisi Antonio Rüdiger zədə səbəbindən uzun müddət meydana çıxa bilməyəcək.

Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, futbolçuda aparılan tibbi müayinələr nəticəsində sol budun ön əzələsində zədə aşkarlanıb.

Madrid təmsilçisi vəziyyəti nəzarətdə saxladıqlarını və bərpa prosesinin gedişini izləyəcəklərini vurğulayıb. İlkin proqnozlara görə, 32 yaşlı müdafiəçi təxminən üç ay meydandan kənarda qalacaq.


Paylaş: