
“İsakın hər oyunda 90 dəqiqə meydanda qalmasını gözləməyin"
“Liverpul”un baş məşqçisi Arne Slot komandaya yeni transfer olunan Aleksander İsakın hazırkı vəziyyəti ilə bağlı danışıb.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis isveçli forvardın mövsümöncəsi hazırlıq keçmədiyi üçün hələ tam formada olmadığını bildirib:
“İsakın hər oyunda 90 dəqiqə meydanda qalmasını gözləməyin. O, müəyyən müddət məşqsiz qalıb və hazırda əvvəlki formasını bərpa etmək üzərində çalışır”.