
"Mançester Yunayted"də ayrılıq
"Mançester Yunayted" qapıçı Andre Onananın klubdan ayrıldığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, kamerunlu futbolçu mövsümün sonuna qədər icarə əsasında Türkiyənin "Trabzonspor" klubunda çıxış edəcək.
Qeyd edək ki, bu transfer qarşılığında "qırmızı şeytanlar"a hər hansı təzminat məbləği ödənilməyəcək.