
Donnarumma başladı: Derbiyə hazırlaşır
İtaliya millisinin qapıçısı və Avropa çempionu Canluici Donnarumma "Mançester Siti"də ilk məşqinə çıxıb.
Sportlife.az xəbər verir ki, 26 yaşlı qolkiperin hazırlıq prosesindən foto və videoları yayılıb.
Qeyd edək ki, MS sentyabrın 14-də Premyer Liqanın 4-cü turu çərçivəsində "Mançester Yunayted"i qəbul edəcək.