Azərbaycanlı futbolçu rəsmən CAR klubunda

  • Dünən, 13:29

Turan Manafovun Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubuna keçidi rəsmiləşib.

Sportlife.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yeni komandası ilə müqavilə imzalayıb. O, 2028-ci ilin iyununa qədər CAR təmsilçisində çıxış edəcək.

Futbolçu forma nömrəsi olaraq 12-ni seçib.

Klubun mətbuat xidmətinə danışan Manafov təəssüratlarını bölüşüb: “Stellenboş”a qoşulduğum üçün xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Turan Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu "Kəpəz" olub.


Paylaş: