
Marsyal klubunu dəyişir
Fransalı futbolçu Antoni Marsyal karyerasını Meksikada davam etdirmək qərarına gəlib.
Sportlife.az xəbər verir ki, "Mançester Yunayted"in keçmiş hücumçusu AEK-dən ayrılıb "Monterrey" klubuna keçəcək.
Yunan klubu artıq futbolçuya tibbi müayinədən keçmək üçün Meksikaya uçmağa icazə verib.
Yunanıstan çempionatının son mövsümündə Marsyal 19 oyun keçirib və 7 qol vurub.